Hakan Fidan: Orta Şərqdə barışığın tək formulu müstəqil Fələstin dövlətidir

  • By admin
  • 05 İyul 2023 23:43

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan paytaxt Bakıdan İsrailə dəqiq və birmənalı mesaj göndərib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin XİN başçısı açıqlamasında Fələstin və İsrailin 1967-ci il sərhədlərinə uyğun şəkildə davranmasını vurğulayıb.

Fidan paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin dəstəklənməsinin gərəkli olduğunu vurğulayıb.

Qoşulmama Hərəkatının toplantısında çıxış edən Hakan Fidan İsrailin radikal təxribatlar törətdiyini, Hərəm-i Şərifin statusuna və müqəddəsliyinə yönəlik provakasiyalar etməsinin qəbuledilməz olduğunu vurğulayıb.

 

Tərcümə: Arzu 

Gununsesi.info