Hakan Fidan Şuşaya avtomobil ilə gedib

  • By ilhame
  • 10 Oktyabr 2023 20:49

Xəbər  verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 27-ci Toplantısında iştirak edib.

Gununsesi.info-nun məlumatına görə, türkiyəli nazir Füzuli hava limanına gəldikdən sonra Şuşaya avtomobili özü idarə edərək gedib.

Onun idarə etdiyi avtomobildə azərbaycanlı həmkarı Ceyhun Bayramov da əyləşib.

Gununsesi.info