Hakan Fidan Zəngəzur dəhlizindən danışdı

  • By admin
  • 15 Mart 2024 11:40

Ötən 4 il ərzində beynəlxalq və regional böhranlar olub.

Gununsesi.info bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib.

“Eləcə də bu illər ərzində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olub”, – XİN rəhbəri vurğulayıb.

Hakan Fidan qeyd edib ki, ölkələr arasında əməkdaşlığı irəli aparmaq üçün lazımi müzakirələr aparılıb: “Biz hər bir məsələdə əlimizdən gəlməyi etməyə hazırıq”.

Nazir COP29-a ev sahibliyi münasibətilə ölkımizi təbrik edib.

“Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir. Bu mənada, Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik”, – Hakan Fidan qeyd edib.

 

Gununsesi.info