Bu gün İstanbula gələn Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun həmkarı Hakan Fidanla görüşünün təfərrüatları məlum olub.
Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, xarici işlər naziri Hakan Fidan bu gün İstanbulda görüşdüyü Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona bildirib ki, Yaxın Şərqdə daimi sülh üçün Qəzzada tam atəşkəs dərhal əldə edilməlidir.
Diplomatik mənbələrdən verilən məlumata görə, Hakan Fidan görüş zamanı iki dövlətli həll yolunun həyata keçirilməli olduğunu bildirib.Danışıqlarda NATO çərçivəsində müttəfiqlik əlaqələrinə də toxunulub.
XİN rəhbərləri arasında 90 dəqiqə davam edən görüşdə Qara dənizin təhlükəsizliyinin əhəmiyyətindən də bəhs edilib. Türkiyə ilə Böyük Britaniya arasında xüsusilə ticarət, iqtisadiyyat və müdafiə sənayesi sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsi də müzakirə edilib.
Gununsesi.info