Hakan Şükür Amerikaya dəvət aldı

  • By admin
  • 10 Noyabr 2016 12:32

hakan

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ ilə sıx əlaqələri olan və barəsində həbs qərarı verilən keçmiş futbolçu Hakan Şükür Şimali Amerika Universitetindən dəvət alıb.
FETÖ-nün vəkili onun universitetin futbol komandasına futbol texnikası və modelləşdirmə dərsləri verəcəyini açıqlayıb.
Qaçaq futbolçunun bir müddət əvvəl Kaliforniya ştatına köçdüyü iddia edilirdi. Bu universitet isə Texas ştatının Stafford şəhərində yerləşir. Onu da qeyd edək ki, Universitetin rektoru “Twitter” sosial şəbəkəsindəki @NAU_President adlı hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə yazılar paylaşır.
Gununsesi.info