
Fətullahçı Terror Örgütünün (FETÖ) 15 iyulda dövlət çevrilişinə cəhdindən sonra haqqında yaxalanma qərarı çıxarılan və atası bu əsnada tutulan Hakan Şükür sosial media hesabından verdiyi açıqqlamalarla geriyə addım atıb.
Gununsesi.info-nun Haber7-yə istinadən məlumatına görə, 17 dekabrdan bir gün öncə millət vəkili olduğu AK Partidən istefa edən və daim Fetullah Gülənə rəğbətini ortaya qoyan Hakan Şükür, ailəsindən kimsənin FETÖ ilə bağlantısı olmadığını iddia edib.
FETÖ-nün etdikləri qarşısında üzgün və çaşqın olduğunu açıqlayan Şükür, çevriliş cəhdini lənətləyib və səhidlərə rəhmət diləyib.
Kamil Həmzəoğlu
Gununsesi.info