Hakan Şükür və atası barəsində həbs qərarı çıxarıldı - SON DƏQİQƏ (YENİLƏNİB)

  • By admin
  • 11 Avqust 2016 23:17

hakan

Türkiyənin məhşur futbolçusu, AKP-dən sabiq deputat olmuş Hakan Şükür və atası  barəsində həbs qərarı verilib. Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Hakan Şükür “FETO” ilə əlaqələrinə görə, ittiham olunur. Məlumatda qeyd olunur ki, Hakan Şükür və atası barəsində məhkəməyə təqdimatı Sakarya prokurorluğu verib.

Hazırda ABŞ-da olan Hakan Şükür və atası Sermet Şükür axtarışa verilib.

****

Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Semet Şükür bu gün saxlanılıb.

Gununsesi.info “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, polisə S. Şükürün Adapazarının Sakarya prospektində yerləşən Salko məscidində cümə namazında olduğu barədə məlumat daxil olub.

Məscidə gələn polislər cümə namazının bitməsini gözləyiblər. Namaz bitəndən sonra polisləri görən S. Şükür onlara təslim olub.

S. Şükür ifadəsi alınması üçün polis idarəsinə aparılıb.