Hakan Şükürü Gülənlə tanış edən şəxsin adı – AÇIQLANDİ

  • By admin
  • 07 Sentyabr 2016 19:17

h

 

Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində axtarışda olan Adil Öksüzün keçmiş futbolçu Hakan Şükürlə əlaqəsi olduğu məlum olub.

Gununsesi.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, haqqında saxlanılma qərarı verilən Hakan Şükürü Fətullah Gülənlə Adil Öksüz tanış edib.

Xatırladaq ki, FETÖ-nün imamı kimi təqdim edilən Adil Öksüz 15 iyul gecəsi Akkıncı hərbi bazasında yaxalansa da sonradan sərbəst buraxılmışdı. Hazırda o, axtarışdadır.

 

Gununsesi.info