Çexiya Xarici İşlər Nazirliyinin elektron poçtu hakerlərin hücumuna məruz qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mixaela Laqronova məlumat yayıb.
O bildirib ki, kiber hücumların əsas hədəfi nazir Lübomir Zaoralekin və nazirliyin yüksək rütbəli şəxslərinin poçtunu ələ keçirmək olub:
“Məxfi informasiyaların təhlükə altında olması ilə bağlı bizdə məlumat yoxdur”.
Gununsesi.info