Hakerlər Putinin çıxış edəcəyi Foruma hucum etdilər Prezidentin çıxışı təxirə salındı

Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı bir saatlıq təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bunun Forumun akkreditasiya sistemlərinə güclü DoS hücumları səbəbindən atıldığını bildirib.

HTML tutorial

Onun sözlərinə görə, Putinin forumun plenar iclasındakı çıxışı yerli vaxtla saat 15:00-a keçirilib.

“Bu vaxta qədər Forumun plenar iclasına girişlə bağlı problemlər aradan qaldırılacaq və iclasda iştirak etməli olan hər kəs iştirak edə biləcək”, – Kremlin sözçüsü vurğulayıb.

Gununsesi.info