Hakerlərin son “qurbanı” Nəbahat Çehrə oldu

  • By admin
  • 10 Yanvar 2017 12:07

nebahat-cehre

Hakerlər bu dəfə Türkiyənin ən məşhur aktrisası, Yaşıl Çamin ulduzu Nəbahat Çehrəyi hədəf seçiblər.

Gununsesi.info Türkiyə KİV-nə xəbər verir ki, N.Çehrənin instagram hesabını ələ keçirən naməlum şəxs və ya şəxslər məşhur sənətçinin adından paylaşmalar ediblər.

Bununla da N. Çehrə ictimai mediada haker qurbanı olan məşhurların sırasına daxil edilib. Haker hücümu səbəbindən sənətçi instagram hesabını bağlayıb. Bu haqda mətbuata N. Çehrənin meneceri Səlcuq Kaya məlumat verib.

N. Çehrə baş verənlərlə bağlı şikayət edib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Anar
Gununsesi.info