Hakim mühakimə olunan sabiq baş prokurora:” O qədər də zalım adam deyiləm” - MƏHKƏMƏDƏ ELDAR HƏSƏNOVA SÜNİ NƏFƏS VERİLDİ

  • By admin
  • 17 Sentyabr 2021 16:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovu işi üzrə növbəti proses başlayıb.

Gununsesi.info xəbər verir ki, prosesdə çıxış edən müdafiə tərəfi Eldar Həsənovun səhhətinin pis olduğunu və məhkəmənin təxirə salınmasını istəsə də hakim Əfqan Hacıyev bununla razılaşmayıb.

Prosesin ilk dəqiqələrindəcə  Eldar Həsənov huşunu itirib.

Təcili Tibbi Yardım həkimləri məhkəmənin dəhlizində Eldar Həsənova ona süni oksigen  verərək,  sistem köçürüb.

Foyedə xərəkdə uzadılan Eldar Həsənova yaxınlaşan hakim Əfqan Hacıyev “Mən o qədər də zalım adam deyiləm” deyə üzrxahlıq edib.

 

Gununsesi.info