Hakim olmaq istəyən 54 nəfər növbəti mərhələyə keçdi

  • By admin
  • 09 Yanvar 2023 20:56

Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 54 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib.

Gununsesi.info xəbər verir ki, imtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb.

Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.

Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib.

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 33 nəfər tədris kurslarına buraxılıb.

Həmin kurslarda namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər. Həmçinin namizədlərin xarici dövlətlərdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.

Tədris mərhələsinə buraxılmış hakimliyə namizədlərin siyahısı

Soyadı, adı, atasının adı
1. Abbasov Ucal Vüqar oğlu
2. Abiyeva Nərmin Mirhəsən qızı
3. Bayramov Orxan Telman oğlu
4. Bədəlov Xəyal Natiq oğlu
5. Bəşirov Cəmil İsmayıl oğlu
6. Əfəndizadə Tural Qurbanəli oğlu
7. Əliyev Tural Yusif oğlu
8. Əliyeva Aynur Məhəmməd qızı
9. Əliyeva Leyla Kamil qızı
10. Əliyeva Starə Vidadil qızı
11. Əliyeva Vəsilə Əlövsət qızı
12. Həbibova Könül Əbülfəz qızı
13. Həmidli Fərman Fəzail oğlu
14. Xanməmmədova Liza Əliəşrəf qızı
15. İsmayılov Elmir Akif oğlu
16. İsmayılov Samir Bəyistan oğlu
17. Qasımov Abusət Sahib oğlu
18. Qələndərzadə Ramiq Ramis oğlu
19. Quliyev Tariyel Şirindil oğlu
20. Quliyeva Güləndam Gündüz qızı
21. Qurbanova Gülnaz İntiqam qızı
22. Qurbanova Pərvanə Tahir qızı
23. Məmmədli Aydan Zakir qızı
24. Məmmədov Pərviz Şahin oğlu
25. Məmmədova Esmira Qərib qızı
26. Mirhəsənli Mirnəsir Mirfazil oğlu
27. Mirzəfərova Könül Murtuz qızı
28. Muradov Pərviz Namiq oğlu
29. Musayev Kamran İbrahim oğlu
30. Musayeva Vüsalə Vahid qızı
31. Mürsəlova Aygün Mayıl qızı
32. Rzayeva Fəridə İslam qızı
33. Şirəliyeva Vəfa Zavrulla qızı

Gununsesi.info