Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırıldı

  • By admin
  • 15 Dekabr 2023 09:23

Türkiyə çempionatının matçından sonra hakimi döyən “Ankaragücü” futbol komandasının sabiq prezidenti Faruk Koca barədə qərar verilib.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, Futbol Federasiyasının İntizam Komitəsi onu ömürlük futbol fəaliyyətindən uzaqlaşdırıb.

Bildirilib ki, klub rəhbərliyinin digər üzvləri xəbərdarlıq alaraq cərimə ediliblər. Həmçinin “Ankaragücü” 2 milyon türk lirəsi cərimə olunub. İdarə heyəti qeyd edib ki, komanda növbəti beş ev oyununu azarkeşlərsiz keçirəcək.

Xatırladaq ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. F. Koca isə həmin gün həbs olunub.

Gununsesi.info