Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca iki şübhəli ilə birlikdə həbs edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial media hesabında paylaşıb.
Nazir Faruk Koca ilə birlikdə saxlanılan digər iki nəfərin “ictimai məmura idman meydançasında zədəyə səbəb olacaq şəkildə xəsarət yetirdiyinə görə” həbs edildiklərini açıqlayıb.
Xatırladaq ki, “Ankaragücü” ilə “Rizespor” qarşılaşması zamanı klub prezidenti Faruk Koca hakim Halil Umut Melərə hücum edib, onu yumruqlayıb.
Ankaragücü Başkanı Faruk Koca başta olmak üzere Ankaragüçlüler hakem Halil Umut Meler’e saha içinde saldırdı
Saldırı anının görüntüleri…https://t.co/aAaPUVC4oB pic.twitter.com/bTt0SeBRBc
— Diken (@DikenComTr) December 11, 2023
Gununsesi.info