Hakimiyyətə gəlsəm, əsirləri Bakıdan alacam – Vanetsyan

  • By admin
  • 26 Fevral 2021 22:46

Mən sizə rəsmi şəkildə vəd verirəm ki, hakimiyyətə gəlsəm, əsirlərin geri qayıtması məsələsi bir neçə günə həll ediləcək.

Bunu Ermənistanın Vətən Partiyasının sədri Artur Vanetsyan söyləyib. Bununla belə Vanetsyan irəli sürdüyü iddiasını necə gerçəkləşdirəcəyini açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan rəsmən heç bir erməni əsiri saxlamadığını bildirib. Rəsmi Bakı hazırda əlində olan 60 erməni silahlının əsir yox, terrorçu olduğunu açıqlayıb.

Gununsesi.info