
Hakimiyyət dəyişikliyindən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv kimi qalacaq.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Gümrüdə keçirdiyi mitinqdə bəyan edib.
“Ermənistanın KTMT-də qalacağına zəmanət verirəm. Çünki bu Ermənistanın milli maraqlarına cavab verir”, deyə N.Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, rəhbərlik etdiyi hərəkət Rusiyaya qarşı düşmən mövqedə deyil və ölkəni düşüncəsiz, macəralı yola sürükləməyəcək.
Paşinyan hökuməti istefa verməyə və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırıb.
Gununsesi.info