Hakimiyyətlə müxalifət arasındakı ittifaq davaya səbəb oldu
AKP ilə MHP arasında seçki ittifaqının yaradılması haqqında qərar verməsi MHP ilə CHP deputatları arasında davaya səbəb oldu.
Gununsesi.info haberlerə istinadən xəbər verir ki. Türkiyə Böyük Millət Məclisində AKP ilə MHP arasında 26 maddən ibarət imzalanan seçki ittifaqı digər müxalifət partiyası tərəfindən kəskin etiraza səbəb olub. Belə ki, parlamentin foyesində CHP-li millət vəkili Musa Çamın vaxtı ilə MHP lideri Dövlet Bahçelinin prezident Ərdoğan haqqında işlətdiyi ifadələri xatırlatması. AKP və MHP millət vəkilləri tərəfindən kəskin etirazla qarşılandı. Nəticədə mübahisə qızışaraq davaya çevrildi.
Parlament davaya səbəb olan deputat Musa Çamı cəzalandırıb.
Gununsesi.info