“Hakimiyyət süqut etməyəcək” - QAZAXISTAN PREZİDENTİ XALQA MÜRACİƏT ETDİ / VİDEO

  • By admin
  • 04 Yanvar 2022 23:12

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədəki mövcud vəziyyətlə bağlı xalqa videomüraciət edib.

Gununsesi.info xəbər verir ki, o, bəyanatında həmvətənlərini tədbirli olmağa və təxribatlara uymamağa çağırıb.

“Əziz həmvətənlər, bir daha sizə müraciət edirəm. Ehtiyatlı olun, daxildən və xaricdən gələn təxribatlara, mitinq eyforiyasına uymayın. Mülki və hərbi idarələrin ofislərinə basqın etmək çağırışları tamamilə qanunsuzdur. Bu cinayətdir və cəzalandırıla bilər. Hakimiyyət süqut etməyəcək” , – deyə Tokayev video müraciətində bildirib.

Gununsesi.info