Hakimiyyəti müdafiə edənlər necə siyasi mühacir olur? - AÇIQLAMA

  • By admin
  • 19 Mart 2017 22:49

rauf

 

İctimai-siyasi fəaliyyətləri dönəmində Azərbaycan hakimiyyətinin mövqeyini müdafiə edən, bu fəaliyyətlərinə görə hökumətin istər rəsmi, istərsə də “qara büdcə”sindən yararlanaraq, geniş maliyyə imkanlarına sahib olan bəzi adamlar sonradan mühacirətə üz tutur. Buna səbəb isə hakimiyyət daxilindəki lobbiçilərinin “vurulması” və yaxud, müəyyən bir dövr üçün istifadə edilmələridir.

Hakimiyyətin müdafiəçisi kimi tanınan jurnalist Elnur Baimovdan sonra bu yaxınlarda  “İRƏLİ” adlı gənclər təşkilatının rəhbəri olan Rauf Mərdiyevin mühacirətə yollanması mediada müzakirələrə səbəb olub. Hər iki şəxsin Amerika Birləşmiş Ştatlarına üz tutduğu deyilir. Bəs görəsən, bu adamlar getdikləri ölkədə siyasi mühacir statusunu necə ala bilərmi?

perviz

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli  bildirir ki, hər ölkəni tərk edənə siyasi mühacir statusu verilmir: “Siyasi mühacir statusu almaq üçün real əsaslar olmalıdır: “Burada “Amnesty İnternational”, “Freedom House”,  “Sərhədsiz reportyorlar” kimi nüfuzlu qurumların hesabatlarında ən azı həmin şəxsin barəsində məlumatlar olmalıdır. Bəzən gedib, humanitar əsaslarla oturum alanlar özlərini siyasi mühacir kimi təqdim etməyə çalışır. Hətta Almaniyanın özündə belə Azərbaycanın ictimai-siyasi elitasında tanınan faəllar var ki, onlar bu statusu ala bilmir”.

elnur

Konkret olaraq, Azərbaycan hökumətinin müdafiəçilərinin gedib, Amerikada və Avropada siyasi mühacir statusu almasına gəlincə, Pərviz Həşimli hesab edir ki, bu inandırıcı deyil: “Elnur Baimov və Rauf Mərdiyev təhsil yaxud da iş vizası ilə Amerikaya gedə bilərlər. İnandırıcı deyil ki, onlar gedib, siyasi mühacir olduqlarını isbat etsinlər. Hər iki şəxsi Azərbaycanda hakimiyyət tərəfdarları kimi tanıyırlar.  Həm də bu istəyə düşən şəxsin mənəvi haqqı da olmalıdır”. 

Anar

Gununsesi.info