Bolqarıstanın Sofiya şəhərində I-S kateqoriyalı beynəlxalq hakimlər üçün Dünya Güləş Birliyinin seminarı keçirilib.
Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, seminarda ölkəmizi I-S kateqoriyalı beynəlxalq hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edib.
Dünyanın müxtəlif ölkələrindən I-S kateqoriyalı 100-dən artıq hakimin iştirak etdiyi seminarda güləş qaydalarında nəzərdə tutulan dəyişikliklər barədə nəzəri məlumatlar və xalça üzərində praktiki təlimlər verilib.
Qeyd edək ki, seminar zamanı müzakirə olunan qayda dəyişiklikləri qarşıdan gələn yarışlarda sınaqdan keçiriləcək.
Anar
Gununsesi.info