Hakimlərin toplanış üçün heyəti

  • By admin
  • 05 Yanvar 2017 15:34

affa

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində hakimlər üçün təlim-məşq toplanışı təşkil olunacaq.

Gununsesi.info-nun Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına istinadən verdiyi məlumatına görə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərliyi ilə keçiriləcək. Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynovun təlimatçı, Namiq Quliyevin isə məşqçi kimi fəaliyyət göstərəcəyi toplanışda iştirak edəcək hakimlərin siyahısını diqqətinizə çatdırırıq:

Referilər – Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Ramil Diniyev, İnqilab Məmmədov, Elvin Əsgərov, Orxan Məmmədov, Nahid Xasıyev, Kərim Kərimov, Ziya Nəsirov, Qorxmaz Eldarov və Emin Nağıbəyov.

Referi köməkçiləri – Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Rza Məmmədov, Vaqif Musayev, Mübariz Haşımov, Akif Əmirəli, Nahid Əliyev, Mehman Mahmudov, Rahil Ramazanov, Vüqar Bayramov, Vüsal Qənbərov, Coşqun Həsənov, Cəmil Quliyev, Cavanşir Yusifov və Elşa Abdullayev.

Anar
Gununsesi.info