Hakimlərimiz səfərə yollandı

  • By admin
  • 15 İyul 2016 14:14

affa

 

İyulun 16-dan 30-dək Bolqarıstanın Bansko şəhərində Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakim və hakim köməkçiləri üçün təlim-məşq toplanışı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, toplanışda iştirak edəcək hakimlərin siyahısı açıqlanıb.

Siyahıda referilərdən Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov, Ömər Paşayev, Fariz Yusifov, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Ramil Diniyev, İnqilab Məmmədov, Rövşən Rəcəbov və Kərim Kərimov yer alıblar.

Referi köməkçilərindən isə Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşımov, Vaqif Musayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Vüsal Qənbərov, Akif Əmirəli, Vüqar Bayramov, Mehman Mahmudov, Rahil Ramazanov, Coşqun Həsənov, Cavanşir Yusifov, Elgün Adıgözəlli və Cəmil Quliyev Bolqarıstana gedəcəklər.

Gununsesi.info