Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək.
Bu barədə Gununsesi.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq.
Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşləri nəzərdə tutulub.
Gununsesi.info