Hamam otağında qazdan boğuldu

Bakıda daha bir nəfər dəm qazından ölüb.

Gununsesi.info xəbər verir ki, Xəzər rayonu Türkan qəsəbəsi İsmayılov küçəsində yaşayan Zülfiyyə Balayar qızı Zülfüqarova qazdan boğulub. Belə ki, o, yaşadığı evin hamam otağında olarkən dəm qazından zəhərlənib və hadisə yerində vəfat edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info