Hamburq aeroportu naməlum maddə sızması ilə əlaqədar bağlanıb

  • By admin
  • 12 Fevral 2017 17:25

hmburq-aeroport

 

Almaniyanın Hamburq şəhər aeroportunda naməlum maddənin sızması nəticəsində 50 nəfər xəsarət alıb.

Gununsesi.info-nun “Bild” nəşrinə istinadən verdiyi məlumata görə, aeroport bağlanıb, hava əlaqəsi dayandırılıb, bütün terminallardan insanlar evakuasiya edilib.

Xəsarət alanlar öskürək, çətin nəfəs almaq və gözlərinin yaşarmasından şikayətlənirlər.

İlkin məlumata görə, sızma kondisioner sistemində baş verib. Hazırda mütəxəssislər hansı maddənin sızdığını araşdırırlar.

 

 

Gununsesi.info