Hamburqda “Yəhova Şahidləri”nin mərkəzinə silahlı basqın olub

  • By admin
  • 10 Mart 2023 10:55

Almaniya polisi Hamburqda kilsəyə silahlı hücum nəticəsində çoxlu sayda ölü və yaralı olduğunu bildirib.

Hamburq polisinin məlumatına görə, hücum Qros Borstel rayonundakı Deelböge küçəsində baş verib.

Yerli media hücumun Yəhovanın Şahidlərinə məxsus mərkəzin hədəf alındığını bildirib.

Gununsesi.info-nun Bild qəzetinə istinadən verdiyi xəbərə görə,  hücum nəticəsində azı 6 nəfər ölüb,  8 nəfər isə yaralanıb.

Məlumatda  hücumçunun bu insanlar arasında olub-olmadığı hələlik bəlli deyil.

 

Tərcümə:

Afət