Hamdi Ulukaya Türkiyənin ən varlı adamı oldu

Türkiyəli iş adamı Hamdi Ulukaya Türkiyənin ən varlı şəxsi olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Forbes” jurnalının yenilənmiş siyahısında bildirilib.

O, dünya üzrə siyahıda 1666 pillə irəliləyərək ilk sıraya yüksəlib.

Ulukayanın xalis sərvəti 13,5 milyard dollar olaraq göstərilir. Sərvət artımında ABŞ-də fəaliyyət göstərən “Chobani” şirkətinin dəyərinin yüksəlməsi və istehsal həcminin genişlənməsi əsas rol oynayıb.

Yenilənmiş siyahıya görə, Türkiyənin ən varlı şəxsləri bunlardır:

Hamdi Ulukaya – 13,5 milyard dollar

Murat Ülker – 5,3 milyard dollar

Şaban Cəmil Kazancı – 5,1 milyard dollar

Erman Ilıcak – 3,7 milyard dollar

Feridun Geçgel – 3,4 milyard dollar

Ferit Faiq Şahenk – 3,1 milyard dollar

Səmahat Sevim Arsel – 3,1 milyard dollar

Filiz Şahenk – 2,9 milyard dollar

Mustafa Rəhmi Koç – 2,7 milyard dollar

Selçuk Bayraktar – 2,7 milyard dollar

Qeyd edək ki, siyahı şəxslərin sahib olduqları şirkətlərin bazar dəyəri və digər maliyyə göstəriciləri əsasında tərtib olunur.

 

 

Gununsesi.info