Hamilə aktrisa Meqan Foks əri ilə barışdı

  • By admin
  • 02 İyul 2016 18:09

megan_fox-husband_blog

30 yaşlı aktrisa Meqan Foks və 42 yaşlı musiqiçi Brayan Ostin Qrin evliliklərini xilas ediblər.

Gununsesi.info-un xarici KİV-ə istinadən məlumatına görə, bu haqda ailəyə yaxın mənbə bildirib. O, deyib ki, cütlük hazırda Malibuda birgə yaşayır və çox xoşbəxtdirlər.

Xatırladaq ki, keçən il onlar boşanmağın astanasında idilər. Meqan 11 illik birlikdən sonra boşanmaq üçün sənədlərini təqdim etmişdi. Lakin sonra ərizəni geri çəkən aktrisanın üçüncü dəfə hamilə olduğu bilinib. İki oğulları olan cütlüyün növbəti uşaq sevinci onları bir araya gətirib.

GUNUNSESI.INFO