
İşəgötürənin hamilə işçini “caz əlləri” emojisi ilə işdən çıxardığını bildirməsi böyük bir ödənişlə nəticələnib. Məhkəmə qərarından sonra işəgötürən qadına 94 min funt sterlinq (təxminən 4,3 milyon türk lirəsi) təzminat ödəməyə məcbur edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin Birmingem şəhərində investisiya məsləhətçisi kimi çalışan Paula Miluska hamiləliyi zamanı keçirdiyi səhər xəstəliyi səbəbiylə evdən işləmək istəyib.
Lakin işəgötürən Ammar Kabir Miluskanı “qeyri-müəyyən mesaj”la işdən çıxarıb.
İşdən çıxarılma mesajında şirkətin çətin günlərdən keçdiyi və ofisdə işləyə biləcək birinə ehtiyacı olduğu bildirilmiş və mesajın sonunda “Sizi tezliklə görəcəyimizə ümid edirəm, işdən kənarda danışacağımız çox şey var” ifadələri və “caz əlləri” emojisi istifadə olunub.
Miluska hamilə olduğu üçün haqsız yerə işdən çıxarıldığını və 94 min funt sterlinq (təxminən 4,3 milyon türk lirəsi) təzminat qazandığını iddia edərək məhkəməyə müraciət etdi.
Qeyd edək ki, Miluska 2022-ci ilin martında Roman Property Group Limited-də işə başlayıb və 2022-ci ilin oktyabrında hamilə olduğunu öyrənib.
Bir müddət sonra o, şiddətli ürək bulanması səbəbindən iş saatlarını tənzimləmək məcburiyyətində qalıb. Miluska işəgötürənə evdən işləməyin daha uyğun olacağını və bunun həkimlərin tövsiyəsi olduğunu deyib.
Miluska mesajı aldıqdan sonra işdən qovulduğunu anlayaraq belə cavab verdi:
“Razılığıma əsasən, hamilə olduğumu elan edəndən bəri bacardığım qədər evdən işləyirəm. Lakin işə gedə bilmirdim. Bununla belə, yeni müştəri müqaviləsi bağlamışam və indi də məni işdən çıxarırlar?”
Hakim Qarri Smart mesajın “işçiliyə xitam verilməsi” mənasına gəldiyinə qərar verdi. O, Miluskanın hamiləliyinə görə işdən çıxarılmasının ədalətsiz olduğuna qərar verib və ona 94 min funt sterlinq təzminat ödəyib.
Orxan Saffari