Hamilə qalmağı arzulayanlar bu qidaları yesin - SİYAHI

  • By admin
  • 09 Sentyabr 2016 11:45

hamile

Ana olmaq hər xanımın arzusudur. Ailə quran hər qadın övladının dünyaya gəlişini səbirsizliklə gözləyir. Lakin bu, bəzən gözlənən qədər tez baş vermir. Ekoloji və ya genetik faktorlar kimi bir çox səbəblərdən hamilə qalmaq getdikcə çətinləşir. Ancaq qəm yeməyə dəyməz. Hətta bəzi qidalara üstünlük verməklə hamilə qalmaq şansını artırmaq olar.

HTML tutorial

Gununsesi.info hamilə qalmaq şansını artıran qidaları təqdim edir.

Ümumiyyətlə, uşaq sahibi olmağı planlaşdıran cütlüklər qidalanma nizamından fiziki fəaliyyətə qədər həyat tərzlərini tənzimləməlidirlər. Kifayət qədər yeyilən bir-birindən faydalı qidalar qadınların doğuş qabiliyyətinə müsbət təsir edərək, ana olmağa bir addım daha yaxınlaşmalarını təmin edir.

Hamilə qalmazdan əvvəl yeyilən qidalar həm doğuş qabiliyyətininə, həm də körpənin sağlamlığına təsir edir. Sağlam olmayan və kor-koranə qidalanma artıq çəki və həddindən artıq zəiflik ovulyasiya deyilən yumurtlama nizamını pozaraq doğuş qabiliyyətinə mənfi təsir edir.

Sadə şəkər, rəfinə edilmiş karbohidrat və trans yağ turşusu yemək hamilə qalmağı çətinləşdirir. Hazır qidalar, xüsusilə marqarini olan trans yağ turşusu yemək doğuş qabiliyyətinə mənfi təsir edir. Buna görə də qidaların tərkibi haqqında məlumat əldə etmək və trans yağ turşusu ehtiva edən qidalardan uzaq durmaq lazımdır.

Gündə bir ovuc qoz, fındıq, fıstıq

Hamilə qalma şansını artırmaq üçün kifayət miqdarda yağlı toxumlar yemək məsləhətdir. Aparılan araşdırmalar sübut edib ki, gündə 1 ovuc qoz, fındıq kimi yağlı toxumlar əvəzinə 1 paket çips yeyən qadınlarda yumurtlama pozuqluğu riski artır. Lakin gündəlik 1-2 ovucdan çox yağlı toxumlar yemək də doğru deyil. Çünki çox yemək artıq yağ qəbuluna, diabet və piylənmə riskinin artmasına səbəb ola bilər. Gündə yalnız 1 stəkan az yağlı südü bir stəkan tam yağlı süd, qatıq və ya bir top dondurma ilə dəyişdirmək də hamilə qalma şansını artırır.

Keyfiyyətli zülal qəbul edin

Ət, toyuq, balıq kimi qidaları da bu dövrdə müəyyən ölçülərdə yemək keyfiyyətli zülal qəbuluna səbəb olar. Gündə 1 boşqab ət və toyuq kimi heyvani zülal baxımından zəngin qidaların quru paxla və yağlı toxumlar kimi bitki mənşəli zülalla zəngin qidalarla dəyişdirilməsi hamilə qalma şansını artırır.

Bu dövrdə balıq yeməyə diqqət etmək vacibdir. Skumbriya, ton balığı, qılçıqlı balıq kimi yüksək miqdarda civə ehtiva edən balıqlar hamilə qalma şansını və körpənin inkişafını riskə ata bilər. Bunların yerinə qızıl balıq, krevet, yağsız ton balığı yeyə bilərsiniz.

Sinklə zəngin qidalar yeyin

Kifayət qədər dəmir, fol turşusu, sink və maqnezium ehtiva edən multi vitamin qəbulu uşaq planlanmasında çox əhəmiyyətlidir. Sink hamilə qalma şansı üçün lazım olan yumurta və sperma istehsalı, estrogen-progesteron hormonları və maye tarazlığını təmin edir. Eyni zamanda uşaqlıqdakı fibroidi azaldaraq sonsuzluğa mane olur. Sink yumurta, yağsız ət, toyuq, quru paxlalılar, yağlı toxumlar, bəzi qabıqlı dəniz məhsulları, tam taxıllılar və sinklə zənginləşdirilmiş süd məhsullarında olur.

Biyan kökü və jenşen yeməyin

Gün ərzində kifayət qədər su içmək də ən əhəmiyyətli məqamlardan biridir. Lazımi miqdarda su qəbul etmədikdə, uşaqlıq ağzı maye azala bilər. Uşaqlıq ağzı maye spermaların rahatlıqla yumurtanı tapıb dölləməsini təmin edir. Bu dövrdə kofein qəbulunu məhdudlaşdırmaq şərtdir. Gündə 2.5 fincandan çox qəhvə içmək olmaz. Yüksək dozada kofein qəbulu hamilə qalmağa mane olur. Hamilə qalma şansını artırmaq üçün biyan kökü, jenşen kimi bitki çaylarından da uzaq dayanın.

 Gununsesi.info