Sahibi tərəfindən kəsilən an rəsmən insan kimi dil açan xoruz “Ana, “Ana” deyərək fəryad etdi və nəticədə kəsılməkdən xilas oldu.
Gununsesi.info xəbər verir ki, hadisə Türkiyənin Balıkesir vilayətində kepsut rayonin Bağbaşı kındində qeydə alınıb. İbrahim Kırcalı adlı şəxs bazardan evinə gələcək qonaqlar üçün bir xoruz alır və evə gətirir.
İbrahim Kırcalı qonaqları üçün kəsmək istədiyi xoruzu kəsmək istəyərən ondan qəribə səslər gəlməyə başlayır. İ.Kırcalı deyib ki, bıçağı əlimə alıb xoruzu kəsərkən xoruzdan qəribə səslər gəlməyə başladı: “Xoruz rəsmən fəryad edib “anne”, “anne” deməyə başladı. Biz xoruzun kəsilmə anını telefona lentə alırdıq. Onun “anne” deməsi hamımızı çaşdırdı və qorxutdu. Hamımız baş verənlərdən yerimizdə donub qalmışdıq. Çox çaşqın bir vəziyyət idi. Çünki inanılası hadisə deyildi. Odur ki, xoruzu kəsməkdən vaz keçib buraxdım”.
İ. Kırcalı əlavə edib ki, hadisəni duyan kənd sakinləri hərə əlində bir bıçaq götürüb xoruzu tutaraq bir daha onun həqiqətənmi dil açmasını yoxlamağa çalışdı. Ancaq kimsə xoruzu tutmağa müyəssər ola bilmədi.
Gununsesi.info