Dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə başqasının əmlakını, pulunu ələ keçirmədir. Bu yolla ayrı-ayrı vətəndaşlara yalan vədlər verməklə pul vəsaitlərini taladığına görə axtarışda olan daha 8 nəfərin yerini polis dünən müəyyən edib və saxlayıb.
Hamısı deyir ki, “qaytaracam”, “düzəldəcəm”, “həll edəcəm”, “başqasına vermişəm”.
Yoxlayırıq, araşdırırıq, məlum olur ki, yalandır. Heç biri verməyəcəm, qaytarmayacam, ödəməyəcəm demir. Ancaq onların əsas işi zərərçəkmişləri təkrar-təkrar aldatmaqdır.
Elələri var ki, aldatmaq üçün hər gün bir qohumunun ölməsini, ağır xəstə olduğunu bildirib vaxt qazanır ki, qarşı tərəf tələblərində güzəştə getsin, polisə müraciət etməsin. Tövsiyə edirik ki, hər telefonunda başqa-başqa şəxslərlə montaj olunan şəkillərini göstərən, yalan danışıqlar aparan, başqasının adından vəd verən şəxslərə güvənməyin, aldadacaqdır.
Elşad Hacıyev
DİN-nin Mətbuat Xidmətinin rəisi