Hansı banklar birləşdirilə bilər? – Deputat AÇIQLADI

  • By admin
  • 19 Dekabr 2023 09:30

Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklarda kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Əgər bu ilin ilk 8 ayının yekunlarda evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa, bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, “yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. “Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsi ilə iqtisadiyyata yönəldilməsi mümkündür”.

Deputat qeyd edib ki, evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir: “Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu nağd vəsaitlərin banklar vasitəsi ilə real sektora yönəlməsinə gətirib çıxara bilər”.

 

Gununsesi.info