Hansı məktəblər distant təhsilə keçəcək?

  • Müəllif: Ayshan
  • 17 Dekabr 2025 23:24

“Azərbaycan distant təhsil təcrübəsini keçib. Pandemiya dövründə ölkəmiz az bir vaxtda şagirdləri və müəllimləri bu sistemə uyğunlaşdırdı”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli deyib.

O qeyd edib ki, distant təhsilə keçidlə bağlı Milli Məclisdə də müzakirələr aparılır.

“Əgər bu, qanunda öz əksini tapsa, daha geniş imkanlar hesabına həyata keçirilə bilər. Razıyam ki, ucqar — internetin zəif olduğu yerlərdə bu, yaxşı tətbiq oluna bilmədi. Dövlət İmtahan Mərkəzinin 2022-2023-cü illərdəki hesabatına nəzər salsaq, görərik ki, nəticələr heç də pis deyil. Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərin optimallaşdırılması ilə bağlı bir qanun qəbul edildi və həyata keçirildi. Azərbaycanda 300-ə yaxın məktəb digər məktəblərə birləşdirilməklə bağlandı. Şagird sayı 1-3-5 nəfər olan məktəblər bağlanaraq yaxınlıqdakı geniş məktəblərə köçürüldü. İndi bəzi məktəblərdə nəqliyyatın ayrılması belə problemə çevrilir. Şagirdlərin uzaq məktəbə çatdırılması xüsusilə qış dövründə daha çətin olacaq. Bu səbəbdən düşünülür ki, sözügedən məktəblərdə təhsil alanlar distant təhsilə cəlb olunsun”, – deyə ekspert vurğulayıb.

Ayşən

Gununsesi.info