Hansı ölkədə neçə deputat var - ARAŞDIRMA

  • By admin
  • 09 Fevral 2022 10:34

Hakimiyyət bölgüsü olan dövlətlərdə hakimiyyətin qanunvericiliyi ilə məşğul olan ali orqan parlamentdir.

Qanunverici orqan səlahiyyətlərinə hökumətin təsdiqi, qanunların qəbulu və ona dəyişikliklərin edilməsi, dövlət büdcəsinin, beynəlxalq müqavilə və sazişlərin təsdiqi, müharibə elan edilməsi  və s. daxildir. Müxtəlif ölkələrdə müxtəlif adla adlansa da, ümümi adı parlamentdir.

Maraqlıdır, dünya ölkələrinin ali orqanlarında neçə deputat təmsil olunur?

Gununsesi.info bununla bağlı apardığı araşdırmanı təqdim edir:

Dünya ölkələrinin parlamentləri arasında ən çox deputatı olan ölkə Çindir. Qanunverici orqanın adı Milli Xalq Konqresi adlanır və birpalatalıdır. Konqresdə xalqı 2980 deputat təmsil edir. Əhalisi bir milyard olan ölkə üçün bu rəqəm əslində normaldır.

İkinci yerdə Birləşmiş Krallıqlar dayanır. Böyük Britaniya Parlamenti ikipalatalıdır. Aşağı palatada 650, yuxarı palatada 775 deputat təmsil olunur. Ümumilikdə 1443 deputat 63 milyon əhalini təmsil edir.

Üçüncü yerdə İtaliya qərarlaşıb. Burada da parlament ikipalatalıdır. Aşağı palatada 630, yuxarı palatada isə 321 deputat var. 1963 deputat 61 milyon əhalini təmsil edir.

Dördüncü yerdə 1658 deputatla Fransa yer alır. İkipalatalı olan parlamentdə aşağı palatanı 577, yuxarı palatanı isə 348 deputat təmsil edir. Qeyd edək ki, Fransanın əhalisi 66 milyondur.

İkipalatalı olan Misir parlementi beşinci yerdədir. Ümumillikdə ikipalatanı 896 deputat təmsil edir.

Hindistan isə 788 deputatla altıncıdır.

Almaniyada qanunverici orqan digər ölkələrdən fərqlidir. Bundestaq Almaniyanın federal parlamentidir. Bu, alman xalqı tərəfindən birbaşa seçilən yeganə federal nümayəndəlik orqanıdır. 1949-cu ildə Almaniyanın qanunverici orqanlarından biri kimi yaranıb və əvvəlki Reyxstaqın tarixi varisidir.  Alman xalqının birbaşa seçilmiş nümayəndələrindən ibarət Bundestaqla yanaşı, Bundesrat qanunvericilikdə iştirak edir. Dövlət səlahiyyətlərinə təsir edən qanunlar və bütün konstitusiya dəyişiklikləri hər iki palatanın razılığını tələb edir.

Ümumilikdə Almaniyanın 778 deputatı var.

Səkkizinci yerdə 750 deputatla Tayland, doqquzuncu yerdə 732 deputatla birpalatalı Avropa Birliyi qərarlaşıb.

Onuncu yerdə qanunverici orqanı Xalq Məşvərət Məclisi olan İndoneziyadır. Bu ölkədə 711 parlamentari təmsil olunur.

Türkiyə Böyük Millət Məclisi birpalatalıdır və qanunverici orqanı 600 deputat 70 milyonluq xalqı təmsil edir.

Şimal qonşumuz Rusiyada qanunverici orqan Federal Məclisdir. Burada da məclis ikipalatalıdır. Aşağı palatada 450, yuxarı palatada 170 deputat fəaliyyət göstərir. Ümumi 620 parlamentari 146 milyonluq əhaliyə xidmət göstərir.

İranın ali orqanını isə İslam Şurası Məclisi təmsil edir. Məclis birpalatalıdr, 290 deputat mandat daşıyır.

Qərb qonşumuz Gürcüstan parlamenti birpalatalıdır və ölkədə 150 deputat var. Bu deputatlar 5 milyon əhalini təmsil edir.

Ermənistanda parlamenti 118 deputat təmsil edir və birpalatalıdır. Burada 118 deputat 3 milyon əhalini təmsil edir.

10 milyon nəfərdən çox vətəndaşı olan Azərbaycan Milli Məclisində isə 125 deputat təmsil olunur.

Gununsesi.info