Hansı səbəblərdən dolayı müğəninin həbsinə dair order verildi ? - CAVAB

ABŞ-ın Minnesota ştatında məhkəmə müğənni Ar Kellinin həbsinə dair order verib. Gununsesi.org-un “CNN”ə istinadən məlumatına görə, buna səbəb ifaçının cinayət işi ilə bağlı məhkəmə dinləmələrinə gəlməməsidir.  

Qeyd edilir ki, order formal xarakter daşıyır və reperin növbəti dinləmələrə gəlməsini təmin etmək üçün verilib.

HTML tutorial

İfaçının hazırda İllinoys ştatında Çikaqo həbsxanasında olduğu bildirilir.

Qeyd edək ki, bu ilin avqustunda Ar Kelliyə qarşı cinsi zorakılıq, azyaşlıları cinsi istismara məruz qoyması, uşaq pornoqrafiyası yaymaq və qanunvericiliyə zidd getməklə bağlı ittihamlar irəli sürülüb. Lakin reper özü günahkar olduğunu qəbul etmir.

Gununsesi.org