“Hansısa məqsədlər naminə 719 dini icmanı qeydiyyatdan keçiriblər” - Siyavuş Novruzovdan Rafiq Əliyev, Hidayət Orucov və Elşad İsgəndərova ittiham

  • By Mayil
  • 28 Oktyabr 2016 13:41

siyavus

Bu gün qeydiyyatdan keçməyən dini icmalar var ki, onlar evlərdə zərərli dini təbliğatla məşğuldur.

Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Səyavuş Novruzov deyib. Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bundan öncəki rəhbrləri hansısa məqsədlər naminə  719 dini icmanı dövlət qeydiyyatdan keçirib. “Hansı ki, bunlar arasında qeyri-islami dini icmalar da var.Ancaq bundan başqa, qeydiyyatdan keçməyən və evlərdə fəaliyyət göstərən dini icmalar da var. Bu dini icmaların bir qismi evlərdə ziyanlı dini təbliğatla məşuldurlar. Qanuna nəzərdə tutulan cəzalar və qadağaların təkcə qeydiyaytdan keçən dini icmalar üçün deyil, eyni zamanda, qeydiyyatdan keçməyən dini icmaların üzvlərinə qarşı tətbiq edilməsi nəzərdə tutulur. Yəni, dini inancından asılı olmayaraq, dini ekstremizmlə məşğul olan bütün dini cimalara qarşı tətbiq ediləcək. Ona görə ki, bu dini icmaların ziyanlı təbliği nəticəsində insanlar Azərbaycandan xaricdə fəaliyyət göstərən ekstremist dini təşkilatlara qoşulurlar”- deyə, komitə sədri bildirib.

Mürtəza

Gununsesi.info