“Hansısa radio və televiziyada veriliş xoşuma gəlmirsə, kanalı tez dəyişirəm” - EMİN MUSAVİ

  • By admin
  • 22 Dekabr 2016 15:51
emin_musevi
“Mən Azərbaycanda fəaliyyət göstərən radio və televiziyaları müntəzəm izləyirəm. Hesab edirəm ki, radioların inkişafı normal gedir. Ümumiyyətlə, hansısa radio və televiziyada veriliş xoşuma gəlmirsə, kanalı tez dəyişirəm. Ona görə bütövlükdə dinləyici kimi fikrimi söyləyirəm ki, peşəkarlar da var, qeyri- peşəkarlar da”.
Gununsesi.info xəbər verir ki, bunu  “ASAN Radio”-nun  rəhbəri Emin Musavi bu gün radionun yaranmasının bir illiyi ilə bağlı təşkil olunan press-tur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ancaq bu, o, anlama gəlməməlidir ki, hansısa verilişə deyinir, əksinə, çalışır ki, məsələlərə pozitiv yanaşsın:
“Yəni, stəkanı yarıdolu görürəm.  Yaxşı şeyləri görməyə çalışıram”.
Radiolarla telekanalları müqayisəyə gəldikdə isə E.Musavi deyib ki, tamaşa edəndə daha çox telekanalları dəyişir. “Bu gün ölkdə 13 radio fəaliyyət göstərir və onun  bir neçəsi çox yaxşı işləyir. Bu məsələdə də müqayisə lazımdır. Məsələn, Avropada fəaliyyət göstərən radio ilə Azərbaycandakını. Əgər fəaliyyət göstərən radiolar həmin cəmiyyətin nəbzini tutub işləyirsə və cəmiyyət tərəfindən qəbul olunursa,  demək yaxşı fəaliyyət göstərir. Geridə qalırsa, o zaman işləmək lazımdır”- deyə, E.Musavi bildirib.
Mürtəza 
Gununsesi.info