

Hacıqabul rayonu Udulu qəsəbəsində baş verən silahlı insidentin təfərrüatlarıbəlli olub.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Udulu qəsəbə sakini əvvəllər qətl üstündə (9 il) və digər cinayətlərə görə ümumilikdə 3 dəfə həbsdə olmuş Hacıqabul sakini, 1960-cı il təvəllüdlü Ağayev Mirağa Mirsadıq oğlu qonşusu, 1971-ci il təvəllüdlü Şükürov Məsləhət Abbasəli oğluna ov tüfəngindən atəş açaraq, sağ ayağının baldır nahiyəsindən yaralayıb. Xəstəxanaya yerləşdirilən M. Şükürovun baldırından 30-dək güllə qırması çıxarılıb.
Zərərçəkmiş şəxsin yaxınlarının sözlərinə görə, insidentə iki qonşu arasında suvarma və torpaq işləri zamanı yaranan münaqişənin səbəb olduğu bildirilsə də, əslində hadisənin baş vermə səbəbi Belarusda işləyən Məsləhət Şükürovun evə dönəndən sonra M. Ağayevə qazandığı puldan haqq verməməsidir.
M. Ağayev cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb.
Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info