Harçeqani, Həsənov və Əliyev Olimpiya Oyunlarını bürünclə başa vurdular - FOTOLAR

  • By admin
  • 20 Avqust 2016 10:30

haci-2

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani XXXI Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın daha bir idmançısı-sərbəst güləşçimiz Cəbrayıl Həsənov da Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.

Bürünc medal uğrunda keçirilən görüşdə Cəbrayıl Həsənov özbəkistanlı Bekzod Abduraxmanova qalib gələrək “Rio-2016”nı mükafatçılar sırasında bitirib.

Həmçinin, digər sərbəst güləşçisimiz Hacı Əliyev Olimpiya Oyunlarını bürünclə başa vurub.

Bürünc medal uğrunda görüşdə Hacı Əliyev Bolqarıstan təmsilçisi Vladimir Dubov ilə qarşılaşıb. Rəqibini təmiz qələbə il məğlub edən Hacı Əliyev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.

 

hasan-2

harceq-2

Gununsesi.info