ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris bütün dünyanı məhv edə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu Cersidə keçirdiyi mətbuat konfransında deyib.
“Kamala iqtisadiyyatı, sərhədi və açığı, dünyanı sındırdı. Bu, bütün dünya üçün çox dağıdıcıdır, çünki çox vaxt dünya hər şeyi bizim etdiyimiz kimi edir”, – Tramp bildirib.
Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Harrisi iqtisadi proqramını kopyalamaq niyyətində ittiham etmişdi.
Tramp vurğulayıb ki, ABŞ vitse-prezidentinin inflyasiyanın öhdəsindən gəlmək üçün üç il yarım vaxtı var.
Onun sözlərinə görə, Harris bütün vaxtını bunun əvəzinə iqtisadi problemlərdən şikayətlə keçirib.
İlhamə
Gununsesi.info