Harris qalib gəlsə Ukrayna gündəmin əsas mövzusuna çevrilməyəcək

Vitse-prezident Kamala Harris prezident seçkilərində qalib gəlsə belə, Ukrayna ABŞ-ın siyasi gündəminin əsas mövzusuna çevrilməyəcək.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın xalq deputatı Aleksandr Merejko deyib.

Onun fikrincə, Kiyevi dəstəkləməyin Vaşinqton üçün xarici siyasətin əsas istiqamətinə çevriləcəyi ilə bağlı “illüziyalara” qapılmaq olmaz.

Birləşmiş Ştatlar üçün əsas məsələ Çinlə qarşıdurma olaraq qalır və onların əsas geosiyasi təhlükə hesab edilir.

Deputat hesab edir ki, belə bir vəziyyətdə Ukrayna hakimiyyəti amerikalı siyasətçiləri inandırmalıdır ki, Ukraynadakı münaqişə ən azı xarici siyasət üçün əsas münaqişələrdən biri olaraq qalmalıdır.

Merejko ümid etdiyini bildirib ki, Harris qalib gəlsə, Kiyevə yardımı davam etdirəcək: “Mən burada iki variant görürəm. “Ya bu, böyük ölçüdə prezident Co Baydenin mövcud siyasətlərinin davamı olacaq, ya da daha güclü və daha qətiyyətli siyasətlər olacaq”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Respublikaçılar Partiyasının namizədi Donald Tramp və vitse-prezident Harris qələbəyə əsas iddiaçılar hesab edilir.

O, hazırkı prezident Baydenin yenidən seçilməkdən imtina etmək qərarından sonra aparıcı Demokratik namizəd kimi ortaya çıxdı.

 

 

Şəbnəm

Gununsesi.info