ABŞ prezidentliyinə namizəd Harris yəhudi əsilli olduğuna görə Pensilvaniya qubernatoru Şapironu özünə namizəd kimi seçməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” Demokrat Partiyasının bəzi üzvlərinə istinadən yazır.
Bildirilir ki, Fələstin tərəfdarı olan Demokratlar Harrisi müsəlman seçiciləri özlərindən uzaqlaşdırmamaq üçün başqa namizəd seçməyə inandırıblar.
Qeyd olunur ki, ənənəvi olaraq demokratlara səs verən yəhudilər son vaxtlar demokrat siyasətçiləri antisemitizmdə ittiham edərək respublikaçıları dəstəkləməyə başlayıblar.
Şəbnəm
Gununsesi.info