ABŞ vitse-prezidenti Kamala Harrisin ofisi hələlik Ukrayna prezidenti Vladimir Zelenski ilə mümkün görüşü təsdiqləməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın Səsi məlumat yayıb.
Yüksək səviyyəli administrasiya rəsmisinin sözlərinə görə, hazırda elan ediləcək görüş yoxdur.
Vəziyyətlə tanış olan mənbələr vitse-prezident Harrisin Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak etmək planının açıqlanmadığını bildirib.
Qeyd edilir ki, əvvəlki illərdə olduğu kimi, Harris Vaşinqtonda beynəlxalq liderlərlə görüşlər keçirə bilər.