Harvard Universitetinin professor-müəllim heyəti rektorun müdafiəsinə qalxdı

  • By admin
  • 12 Dekabr 2023 09:17

Xəbər verdiyimiz kimi, Harvard Universitetinin rektoru Claudine Gay kampusda antisemitizm iddiaları ilə əlaqədar Nümayəndələr Palatasının Təhsil və İşçi Qüvvəsi Komitəsində ifadəsində azad ifadəni müdafiə etdikdən sonra istefaya getməyə məcbur olub. Universitetin professor-müəllim heyətinin bəzi üzvləri Geyə dəstək petisiyasına imza atıblar.

Gununsesi.info xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, ABŞ Konqresinə çağırılan kansler Gay universitet məzunları və donorlar, eləcə də siyasətçilər tərəfindən istefa vermək üçün artan təzyiqlərlə üzləşir.

Harvard Universitetinin professor-müəllim heyətinin 500-dən çox üzvü Gayi dəstəkləmək üçün petisiyaya imza ataraq onu “Harvardın akademik azadlığına zidd olan siyasi təzyiqlərə ən güclü şəkildə müqavimət göstərməyə” çağırıb.

Gayin karyerasına yekunda qərar verəcək Harvardın Prezident və Təqaüdçülər Şurası cümə günü görüşəcək.

Əvvəllər Pensilvaniya Universitetinin rektoru Liz Meqill söz azadlığının lehinə çıxış edərək, universitetdə antisemit dilin istifadə olunmasını şərh etdikdən sonra sərt tənqidlərlə üzləşmişdi.

Pensilvaniya Universiteti ABŞ-da İsrailin blokada altındakı Qəzza zolağında minlərlə günahsız fələstinlini qətlə yetirməsinə qarşı etirazların keçirildiyi yerlərdən birinə çevrilib.

Pensilvaniya Universitetinin tələbələri mülki əhali arasında qan tökülməsinə son qoyulması tələbi ilə bir neçə həftə etiraz aksiyalarında iştirak ediblər.

Etirazlar dinc xarakter daşısa da, Amerikanın qabaqcıl universitetləri arasında Pensilvaniya Universiteti sərt tənqidlərlə üzləşib və bu, ilk növbədə rektor Liz Meqilə təsir edib.

Dekabrın 5-də Konqresdə keçirilən dinləmələrdə qanunvericilər Harvard, Massaçusets Texnologiya İnstitutu (MIT) və Pensilvaniya Universitetinin prezidentlərindən – Klodin Qay, Salli Kornblut və Liz Meqilldən fikirlərini ortaya qoyacaq suallara cavab vermələrini tələb ediblər.

Nəticədə universitet qrantını itirdi və Magill ABŞ Konqresinin Təhsil və İşçi Qüvvəsi Komitəsində dinləmələrə çağırıldı və bundan sonra istefa verməli olub.

Gununsesi.info