Harvardda antisemitizm FIRTINASI: 3 rektor istefa vermək məcburiyyətində qaldı – FOTO

  • By admin
  • 11 Dekabr 2023 17:49

Harvard Universitetinin rektoru Claudine Gay ABŞ Konqresinin Təhsil və İşçi Qüvvəsi Komissiyasında kampusda antisemitizm iddiaları ilə bağlı verdiyi açıqlamalarda ifadə azadlığını müdafiə etdikdən sonra istefa vermək məcburiyyətində qalarkən, universitetin bəzi müəllimləri Gayı dəstəkləyən petisiya imzalayıb.

Gununsesi.info xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, ABŞ Konqresinə çağırılan rektor Gay Harvard Universitetinin məzunları və donorları ilə yanaşı, siyasətçilərdən istefa vermək üçün artan təzyiqlərlə üzləşib.

Harvard Universitetinin 500-dən çox professor-müəllim heyəti Gaya dəstək üçün bir araya gələrək “Harvardın akademik azadlığı ilə ziddiyyət təşkil edən siyasi təzyiqlərə qarşı mümkün olan ən güclü müqavimət” çağırışı ilə petisiya imzalayıblar.

 

Gayın karyerası ilə bağlı qərar verəcək Harvard Universitetinin prezidenti və üzvlərindən ibarət şura bu gün toplaşacaq.

Dekabrın 5-də ABŞ Konqresinin Təhsil və İşçi Qüvvəsi Komissiyasında keçirilən “Kampus rektorlarının məsuliyyət daşıması və antisemitizmlə mübarizə” adlı sessiya çərçivəsində Pensilvaniya Universitetinin rektoru Liz Magill, Harvard rektoru Claudine Gay və Massaçusets Texnologiya İnstitutunun (MİT) rektoru Sally Kornbluth universitet şəhərciyində antisemitizm hadisələri haqqında danışıb. Onlar öz yanaşmaları ilə bağlı sualları cavablandırmaq üçün dəvət olunublar.

Hər üç rektor antisemitizmlə bağlı məsələlərdə tələbələrə qarşı intizam tədbirləri, universitetlərin fərqli baxışları necə təmsil etməsi və kampusda təhlükəsizliklə bağlı suallara saatlarla cavab verib.

Son bir ildə rektorluq fəaliyyətinə başlayan Gay, Magill və Kornbluth müsəlmanlara qarşı hər cür hiss və nifrətin artmasına qarşı mübarizə aparacaqlarını bildiriblər.

Komissiyada verdiyi açıqlamalardan sonra şiddətli tənqid və təzyiqlərlə üzləşən 3 rektor istefa vermək məcburiyyətində qalıb.

İsrailə qarşı etirazlarda ifadə azadlığını müdafiə edən Pensilvaniya Universitetinin rektoru Magill tənqid və təzyiqlərdən sonra dünən istefa verib.

Gununsesi.info