Həkim Geylani Can bildirib ki, mükafatlandırılan layihəsi ilə yanaşı, Kovid-19 diaqnozu üçün etdiyi çalışmaları da sona çatacaq.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, Harvard Universitetinin kimyəvi bioloji və molekulyar farmakologiya kafedrasında təhsilini davam etdirən Geylani Amerika Xərçəng Araşdırma İnstitutu və İngilis Xərçəng Araşdırma İnstitutu tərəfindən təşkil edilən yarışmada gənc alimlərə verilən 400 min dollarlıq “Transatlantik Araşdırma Mükafatı”nı qazanıb.
G.Can yarışmada min nəfərə yaxın həkimin iştirak etdiyini bildirib:
“Xərçəng hüceyrələrinin genomunda böyük bir xaos var. Bu xaosun necə başladığını başa düşməyə çalışıram. İstədiyimiz nəticələrə çatsaq, yalnız xərçəngin deyil, bir çox xəstəliyin inkişafının qarşısını alacağıq”.
Tədqiqatları nüfuzlu beynəlxalq jurnallarda dərc olunan Can, magistr təhsilini Kembric Universitetində davam etdirəcək. Xərçənglə yanaşı, bir çox xəstəliklərin müalicəsini hədəfləyən Canın layihəsi təxminən 4 ilə bitəcək. Onun layihəsi həm də Harvard Universitetinin laboratoriya bazası olan İngilis Xərçəng Araşdırma İnstitutu tərəfindən dörd il ərzində dəstəklənəcək.
Gununsesi.org