Haşımova Əliyevə təşəkkür etdi - "Dəstəyinizi, yaxşılığınızı heç vaxt unutmayacam"

  • By admin
  • 10 Sentyabr 2016 23:58

aybeniz

“Görkəmli alim Cəmil Əliyev başda olmaqla, baş həkim Azad doktora, Afiq həkimə,  Aygün xanıma 3 gün ərzində bir nəfər əziz qohumuma göstərdikləri yaxından mənəvi dəstəyə görə və sonda şad xəbərlə bizi sevindirən həkim personalına sonsuz təşəkkür edirəm”.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu tanınmış ifaçı, Əməkdar artist Aybəniz Haşımova deyib.

O, qeyd edib ki, Allah heç bir övladı atasız, anasız qoymasın.

“Insanı mənəvi dəstək necə də ayağa qaldırırmış, mən özüm bu 3 gündə onun şahidi oldum. Cəmil müəllimə xüsusilə təşəkkür edirəm, işinin çoxluğuna baxmayaraq, bizə xüsusi diqqət və qayğı ilə yanaşdı. Heç vaxt unutmayacam. Allah Sizi darda qoymasın, Cəmil müəllim. Amin!“-deyə, Əməkdar artist daha sonra qeyd edib.

K. Həmzəoğlu

Gununsesi.info