Hatayda əşyalarını götürmək üçün evlərinə girən üç nəfər dağıntılar altında qaldı - FOTOLAR

Hatayda 6,4 bal gücündə zəlzələ zamanı Antakya rayonunda bəzi qəzalı binalar çöküb.

Gununsesi.info xəbər verir ki, qəzalı vəziyyətdə olan 3 mərtəbəli binadakı evlərinə əşyalarını götürmək üçün girən dörd nəfər dağıntılar altında qalıb. Onlardan yalnız biri çölə çıxa bilib.

HTML tutorial

Bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.

Dağıntılar kifayət qədər risklidir və ardıcıl olaraq baş verən təkanlar səbəbindən axtarış-xilasetmə qrupları işlərini davam etdirməkdə çətinlik çəkirlər.